İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib.
Doğru.az xəbər verir ki, bu barədə IRNA agentliyi “X” sosial şəbəkəsində paylaşım edərək məlumat yayıb və bildirib ki, İran növbəti mərhələdə iştirak etməyəcək.
Daha əvvəl Tasnim xəbər agentliyi Tehranın danışıqlara nümayəndə heyəti göndərməklə bağlı hələ yekun qərar vermədiyini açıqlamışdı. Professor Məhəmməd Marandi isə İran nümayəndə heyətinin prosesə əvvəlcədən şübhə ilə yanaşdığını qeyd edib.
DOĞRU.AZ

























