İranın Atom Enerjisi Təşkilatı ABŞ-ın hücumundan sonra radioaktiv material sızmasının olmadığını bildirib.
“Obyektlərdən kənarda heç bir radioaktiv çirklənmə və ya radiasiya sızması müşahidə edilməyib”, – deyə RİA Novosti məlumat yayıb.
İran ABŞ-ın nüvə obyektlərinə endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib.
İsrailin xarici işlər naziri Gideon Saar daha əvvəl ABŞ lideri Donald Trampın adını tarix kitablarına yazdığını bildirib.
Trampın özü də Amerikanın İrana hücumundan sonra xalqa müraciətində “hər kəsə, xüsusən də Allaha” təşəkkür edib.
DOĞRU.AZ