image-2000x150px
image-comp-versiya
image-13941-1543926787backend

İran ərazisindən Türkiyəyə raket atıldı

image-728x90px

Türkiyənin Yüksekova bölgəsində İran ərazisindən METİ (mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi) komandasına raket atan üç PKK terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter hesabında açıqlama verilib. Qeyd olunub ki, bölgədə modul beton divarların inşaasında çalışan şirkətlərin təhlükəsizliyini təmin etmək üçün yol yoxlaması aparan METİ qrupuna İran torpaqlarından raket atəşi edilib.

Raket atışından sonra edilən cavab atəşi ilə 3 PKK terrorçusunun zərərsizləşdirildiyi, METİ qrupunda isə itkinin olmadığı bildirilib.

DOĞRU.AZ

 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki