image-2000x150px
image-123
image-ads_atlas
image-42f9fe8a47038bfcb239516a6fe320acbackend

İran hərbi dəniz bazası yaratmaq istədi, rədd cavabı aldı

image-728x90px

Tehran Qırmızı dənizin Sudan sahillərində öz hərbi-dəniz bazasının yaradılması ilə bağlı danışıqlar aparsa da, uğursuzluğa düçar olub.

Doğru.az xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) Sudan kəşfiyyatçısı Əhməd Həsən Məhəmmədə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İran bu yolla dəniz nəqliyyatına nəzarət etməyi ümid edirdi, həmçinin bazadan “kəşfiyyat məlumatları toplamaq” üçün istifadə etməyi və orada hərbi gəmilər yerləşdirməyi planlaşdırırdı.

Razılıq müqabilində Tehran ölkənin çevik reaksiya bölmələri (xüsusi təyinatlılar) ilə silahlı qarşıdurmanı davam etdirən Sudan ordusuna helikopter daşıyıcısı tədarük edəcəyinə söz verib.

Qeyd olunub ki, Xartum İranın təklifindən imtina edib, çünki o, ABŞ və İsraillə münasibətləri çətinləşdirmək istəmir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki