İranın İsrail ərazisini atəşə tutması nəticəsində azı 16 nəfər yaralanıb.
TASS xəbər verir ki, bu barədə milli təcili yardım xidməti Magen David Adom məlumat yayıb.
“Həkimlər və orta tibb işçiləri tibbi yardım göstərib və 16 zərərçəkmişi xəstəxanalara çatdırıblar”, – məlumatda deyilir.
Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri İranın qərbindəki hərbi obyektlərə növbəti zərbələr endirməyə başlayıb.
Bir gün əvvəl İran İsrailin Qırmızı Aypara helikopterinə hücum etdiyini açıqlamışdı.
DOĞRU.AZ