İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığı dayandıran qanunun qəbulunu nəzərdən keçirir.
FARS bu barədə ölkə parlamentinin spikeri Məhəmməd Bağır Qalibafın bəyanatına istinadən məlumat yayıb.
“Biz parlamentdə bu beynəlxalq təşkilatın peşəkar davranışına real təminat alınana qədər İranın Agentlik ilə əməkdaşlığını dayandıran qanun layihəsi hazırlayırıq”, – deyə bəyanatda bildirilir.
İran tərəfi MAQATE-ni üzərinə götürdüyü öhdəliklərdən heç birini yerinə yetirməməkdə və siyasi təzyiq alətinə çevrilməkdə ittiham edir.
Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi ABŞ-ın zərbələrindən sonra İsfahan, Fordo və Natanz şəhərlərində dağıntılar olduğunu bildirmişdi.
DOĞRU.AZ