İran prezidenti Məsud Pezeşkian Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə Tehranla Moskva arasında münasibətlərin davamlı şəkildə inkişaf edəcəyini bildirib.
Doğru.az xəbər verir ki, bu barədə TASS yazır.
İran liderinin sözlərinə görə, İslam respublikasının yeni hökuməti ölkələr arasında əməkdaşlıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görəcək.
Bundan əvvəl Şoyqu Pezeşkianla görüşüb və ona Rusiya lideri Vladimir Putindən mesaj verib.
DOĞRU.AZ