İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian deyib ki, Tehran Rusiya və Ukrayna xalqları üçün sülhə çalışır.
Bu barədə İranın “Tehran Tayms” qəzetinin dərc etdiyi Pezeşkiyanın dünya ictimaiyyətinə müraciətində deyilir.
Eyni zamanda İran lideri qeyd edib ki, Tehran buna yönəlmiş təşəbbüsləri dəstəkləyəcək.
“Biz Rusiya və Ukrayna xalqları üçün sülh üçün çalışırıq və mənim hökumətim bu məqsədə nail olmaq üçün təşəbbüsləri fəal şəkildə dəstəkləməyə hazır olacaq”, – Pezeşkian vurğulayıb.
O, həmçinin bildirib ki, ölkə Rusiya və Çinlə dostluğa dəyər verir.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyəti NATO-nun təxribat siyasətinin nəticəsi adlandırmışdı.
DOĞRU.AZ