İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İran və ABŞ danışıqların növbəti raundunun yeri üzərində işləyirlər.
“Biz müzakirə edirik… Harada olursa olsun, Oman nümayəndə heyətlərinin yerləşdirilməsi və mesaj mübadiləsi qaydasının təşkilinə cavabdeh olacaq”, – RİA Novosti onun sözlərini sitat gətirir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla bağlı danışıqların yaxşı getdiyini bildirib.
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov ABŞ və İran nümayəndələri arasında Omanda aparılan danışıqların nəticələrinin ümidverici olduğunu qeyd edib.
DOĞRU.AZ