İran Xarici İşlər Nazirliyi ABŞ-la birbaşa danışıqların mümkünlüyü ilə bağlı yayılan xəbərləri təkzib edib.
Bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi deyib.
“Bu şayiələr əsassızdır. Onlar tamamilə əsassızdır”, – İnterfaks onun sözlərindən sitat gətirir.
Eyni zamanda, o, dolayı danışıqların növbəti raundunun aprelin 19-da baş tutacağını, Omanın yenidən vasitəçi kimi çıxış edəcəyini təsdiqləyib.
Daha əvvəl Baqai bildirib ki, İran və ABŞ danışıqların növbəti raundu üçün yer məsələsi üzərində işləyirlər.
DOĞRU.AZ