İran Xarici İşlər Nazirliyi Aİ diplomatiyasının rəhbəri Cozep Borrelin Rusiyaya raket tədarükü ilə bağlı səsləndirdiyi ittihamları uydurma adlandırıb.
TASS xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani məlumat verib.
O, həmçinin İranın aviasiya sənayesinə qarşı mümkün sanksiyaları pisləyib.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyi raket xəbərləri ilə əlaqədar Britaniya, Fransa və Almaniya səfirlərini çağırıb.
Mənbə TASS