İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai İsrailin İran ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etdiyini bildirib.
O, bu barədə brifinq zamanı məlumat verib.
TASS onun sözlərindən sitat gətirir: “Sionist rejim müxtəlif növ silahlardan, o cümlədən ABŞ-ın təchiz etdiyi silahlardan istifadə edərək bizə hücum edib.
Bundan əvvəl xəbər verilmişdi ki, İsrail Müdafiə Nazirliyinin rəhbəri İsrael Katz Tehranda mülki şəxsləri təhdid etməyə başlayıb.
DOĞRU.AZ