İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani bildirib ki, Ukraynada baş verənlər NATO və ABŞ-ın təxribatçı siyasətinin nəticəsidir.
“Təəssüf ki, Ukraynada gördüklərimiz ABŞ-ın rəhbərlik etdiyi NATO-nun təxribatçı siyasəti və hərəkətlərinin nəticəsi olub və olmaqda davam edir”, – o deyib.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban NATO-nun Ukrayna münaqişəsində artan rolunu təhlükəli adlandırmışdı.
Orban həmçinin bildirib ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan Ukrayna münaqişəsinin həlli üçün səyləri birləşdirməyi xahiş edib.
Mənbə RİA Novosti