İran və ABŞ nümayəndə heyətləri etiraf edirlər ki, Oman danışıqlarının əsas məqsədi ən qısa zamanda əlverişli razılaşma əldə etməkdir.
Bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib. Onun sözlərini SNN agentliyi sitat gətirir.
“Nə biz, nə də qarşı tərəf mənasız danışıqlara və ya vaxt itkisinə can atmırıq”, – deyə Əraqçi bildirib.
Bundan əlavə, İranın diplomatik departamentinin rəhbəri bildirib ki, ABŞ ilə danışıqların ikinci mərhələsi aprelin 19-da baş tutacaq.
DOĞRU.AZ