image-n1karobka_ads
image-123
image-iranbackend

İranda etirazlarda ölənlərin sayı 5 minə çatdı

image-add-a-heading

İranda etirazlarda ölənlərin sayı 3308 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranda İnsan Hüquqları Aktivistləri (HRA) təşkilatı məlumat yayıb.

Qeyd edilib ki, ölənlər arasında 3097-si etirazçı, 22-si uşaq, 23-ü isə bitərəf mülki şəxs olub.

Bundan əlavə, 166 təhlükəsizlik işçisi və hökuməti dəstəkləyən mülki şəxsin öldürüldüyü bildirilib.

4382 ölüm xəbəri ilə bağlı isə araşdırmalar davam edir.

HRA həmçinin 2107 nəfərin ağır yaralandığını və nümayişlər zamanı həbs olunanların sayının 24266-ya çatdığını qeyd edib.

“Reuters” agentliyi İran rəsmisinə istinadən bildirib ki, keçirilən etirazlar zamanı ölənlərin sayı 5 000 nəfərə çatıb.

Qeyd edilib ki, onlardan təxminən 500-ü təhlükəsizlik xidmətinin əməkdaşlarıdır.

Rəsmi şəxs bildirib ki, hakimiyyət orqanları İranda keçirilən etirazlar zamanı 5 000 nəfərin ölümünü təsdiqləyib, terrorçuları və silahlı üsyançıları günahsız iranlıları öldürməkdə ittiham edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki