“Fars” agentliyinin verdiyi məlumata görə, İranın Lordeqan şəhərində polis əməkdaşlarına hücum nəticəsində iki nəfər ölüb, 30 nəfər yaralanıb.
Doğru.az xəbər verir ki, toqquşmanın bəzi iştirakçıları polis əməkdaşlarına daş atıb.
Şəhərdəki iğtişaşlar zamanı bir neçə inzibati binaya da ziyan dəyib. Bundan əvvəl İran hüquq-mühafizə orqanları ölkənin iqtisadi vəziyyəti ilə bağlı etirazların iğtişaşlara çevrildiyi bir neçə bölgədə təhlükəsizlik tədbirlərini gücləndirmişdi.
DOĞRU.AZ




























