image-n1karobka_ads
image-123
image-49c8a0d4-7ec4-3388-b340-e94f537951f0_850backend

İranda keçirilən prezident seçkilərində islahatçı Pezeşkian qalib gəlib

İranda keçirilən prezident seçkilərində Səhiyyə Nazirliyinin keçmiş rəhbəri, islahatçı Məsud Pezeşkian qalib gəlib.

TASS-ın respublikanın seçki komissiyasının rəsmi nümayəndəsi Möhsün Eslamiyə istinadən verdiyi məlumata görə, bütün 30,530 milyon bülletenin emalının nəticələrinə əsasən, Pezeşkian 16,384 milyon səs toplayıb – ümumi səsin təxminən 53,6 faizi.

İyunun 29-da İran Daxili İşlər Nazirliyi  iyulun 5-də prezident seçkilərinin ikinci turunu elan edib.

İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami daha əvvəl IRIB telekanalına açıqlamasında ölkədə prezident seçkilərinin ikinci turunda səsvermənin  başa çatdığını bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki