İranın Ali Rəhbəri Həbibullah Səyyarinin İran Silahlı Qüvvələrinin Baş Qərargahının müvəqqəti rəisi təyin edilməsi barədə qərar verib.
Bu barədə “Nour News” agentliyi məlumat yayıb.
Artıq müvafiq sərəncamın imzalandığı bildirilir.
Qeyd edək ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami İsrailin Tehrana hücumu nəticəsində həlak olub.
Hücum zamanı İsrail hərbçiləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqirini də öldürüblər.
DOĞRU.AZ