İranın xarici işlər naziri Abbas Əraqçi dövlət xəbər kanallarından birinə canlı müsahibəsində deyib ki, Moskva və Pekin Tehranın köhnə dostlarıdır.
Diplomat qeyd edib ki, İran bütün ölkələrlə münasibətlərin tarazlı inkişafına çalışır və Rusiya və Çinlə daha sıx əlaqələrə ümid etdiyini bildirib.
RİA Novosti-nin məlumatına görə , Əraqçi həmçinin vurğulayıb ki, İran ŞƏT və BRİKS kimi regional təşkilatlarla işi təşviq edəcək.
Bundan əvvəl Dövlət Departamentinin rəhbəri Entoni Blinken Rusiya ilə əməkdaşlığa görə İrana qarşı yeni sanksiyalar elan edib.
Eyni zamanda, İran prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinin Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək dəvətini qəbul edib.
DOĞRU.AZ