image-2000x150px
image-123
image-ads_atlas
image-20869_rqg07df1a4backend

İranın yeni Prezidenti seçildi – YENİLƏNİB

image-728x90px

İranda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Doğru.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, səsvermə nəticələrinə əsasən, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi 17.8 milyon səslə liderdir.

Mohsen Rezaei 3.3 milyon, Abdolnaser Hemmati 2.4 milyon və Hüseyn Qazizadə Haşemi isə 1 milyon səslə sonrakı sırada yer alır.

Xatırladaq ki, ölkənin hazırki Prezidenti Həsən Ruhani bu vəzifədə artıq ikinci dönəminin sonuna gəldiyindən seçkilərdə iştirak etmir.

Qeyd edək ki, İranda prezident seçkilərində ümumilikdə 28.6 milyon nəfər iştirak edib.

“Tasnim”in yazdığına görə, bülletenlərin 90%-indən çoxu artıq sayılıb və İbrahim Rəisi ölkənin 8-ci Prezidenti seçilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki