İranın Zəncan vilayətində biri ABŞ istehsalı olan iki pilotsuz təyyarə vurulub.
Bu barədə Tasnim agentliyi yazır.
Məqalədə deyilir: “İİKK-nın Zəncan hava hücumundan müdafiəsi bir neçə saat əvvəl vilayətin səmasında iki pilotsuz təyyarəni məhv edib.
Qeyd olunur ki, əldə edilən məlumatlara görə, vurulan pilotsuz təyyarələrdən biri ABŞ-da istehsal edilib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ İsrail və İran arasında münaqişəyə “müdaxilə edə bilər”.
DOĞRU.AZ