İraqın qərbində yerləşən və beynəlxalq koalisiya qüvvələrinin istifadə etdiyi Ayn əl-Əsəd aviabazası raket atəşinin hədəfinə çevrilib.
Shafaq News portalının təhlükəsizlik xidmətindəki mənbəyə istinadən verdiyi məlumata görə, ərazisində ABŞ hərbçilərinin yerləşdiyi bazaya azı iki raket atılıb.
Qeyd edək ki, bu, ilk belə hadisə deyil. Bazaya raket hücumu iyulun 26-da qeydə alınıb.
DOĞRU.AZ