İrlandiyanın Baş naziri Maykl Martin bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Dublinə səfəri zamanı onun təyyarəsinin yaxınlığında naməlum pilotsuz uçuş aparatlarının (PUA) peyda olması İrlandiya kəşfiyyat xidmətlərinin uğursuzluğu kimi qəbul edilməməlidir.
Doğru.az xəbər verir ki, Martin “The Journal” onlayn nəşrinə müsahibəsində bildirib: “Mən belə düşünməzdim. Həmişə belə bir şeyin baş vermə riski var idi. Bu, uğurlu bir təhlükəsizlik əməliyyatı idi”.
Baş nazir, İrlandiyanı Aİ təhlükəsizliyində zəif halqa kimi göstərən media xəbərlərini də rədd edib. Daha əvvəl “Journal” mənbələrinə istinadən xəbər vermişdi ki, Zelenskinin təyyarəsini İrlandiyaya aparan dörd naməlum dron müşayiət edib. Daha sonra Kiyev də bu məlumatı təsdiqləyib.
İrlandiya Ukraynadakı sülhməramlı missiyada iştirak etməyə hazır olduğunu bildirib.
DOĞRU.AZ




























