image-n1karobka_ads
image-123
image-w_1617197533085391421563_1200x630backend

İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür – FOTO

image-ad_qayo_720x110px

Son günlər yağan intensiv yağışlardan sonra İsmayıllıda torpaq sürüşməsinin baş verdiyi Qoydan kəndindən ailələrin köçürülməsi davam edir.

AZƏRTAC xəbər verir ki, hazırda kənd ərazisində Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyəti və texnikası sakinlərin təxliyə edilməsini həyata keçirir.

Rayon icra hakimiyyətinin Qoydan kəndi üzrə nümayəndəsi Vüqar Bəşirovun sözlərinə görə, torpaq sürüşməsindan sonra xüsusi komissiya əraziyə baxış keçirib və kəndin köçürülməsinə qərar verilib. O bildirib ki, kənd ərazisində yaşayan ailələr günün sonuna qədər digər kəndlərdə və rayon mərkəzində yaşayan qohumlarının evlərinə yerləşdiriləcək. Kənar yerdə qohumları olmayan ailələr üçün də kirayə evlər təşkil olunacaq, sonrakı mərhələ üçün də əlavə qərar qəbul ediləcək.

Xatırladaq ki, bölgəyə yağan leysan xarakterli yağışlardan sonra İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi baş verib, nəticədə kənd ərazisində olan evlər, yardımçı tikililər, tövlələr, daxili yollar lil qatı altında qalıb.

DOĞRU.AZ

image-w_161719753308234508549_1200x630 image-w_1617197533083915153427_1200x630 image-w_1617197533081151810656_1200x630 image-w_1617197533084843922644_1200x630 image-w_1617197533083347837218_1200x630 image-w_1617197533083769863160_1200x630 image-w_161719753308199186995_1200x630 image-w_1617197533086462128257_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki