İspaniya İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərinə etiraz olaraq İsrailin IMI Systems şirkətindən 15,3 milyon patron sifarişini ləğv edib.
Bu barədə The Guardian xəbər verir.
Qeyd olunur ki, Madridin müvafiq addımı İspaniya Mülki Qvardiyasını sursatsız qoyacaq. Krallıq həmçinin İsrail tərəfinə iddia edilən sursat tədarükü üçün bütün məbləği (6,6 milyon avro) ödəməli olacaq.
Bundan əvvəl İsrail Xarici İşlər Nazirliyinin rəhbəri Madridin Fələstini tanımaq qərarına görə səfirin İspaniyadan geri çağırılmasına göstəriş verib.
Krallığın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, İspaniya İsrailin baş naziri Binyamin Netanyahunun həbsinə order verilərsə, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarına əməl etməyə hazırdır.
DOĞRU.AZ