İsrail kəşfiyyatının məlumatları göstərir ki, ölkə hələ 2010-cu ildə İrana qarşı hərbi əməliyyatlar hazırlamağa başlayıb.
Bu barədə “The Times” İsrail kəşfiyyatının sənədlərinə istinadən yazır.
Məqalədə deyilir: “İrana hücuma hazırlıq hələ 2010-cu ildə İranın silah proqramının sürətli inkişafı ilə bağlı kəşfiyyat məlumatlarına əsaslanaraq başlayıb.
Bir neçə ildir ki, İsrail kəşfiyyat orqanlarının İrandakı agentləri vasitəsilə İranın nüvə proqramının inkişafını izlədiyi bildirilir.
Tehran və İsfahanda sentrifuqa istehsalı müəssisələrinin dəqiq koordinatları müəyyən edilib, Natanz qurğusu, o cümlədən onun yeraltı infrastrukturu və enerji təchizatı sistemləri haqqında ətraflı məlumat toplanıb.
DOĞRU.AZ