image-ads_n1karobka_mobile
image-66c3938bae5ac9536f3f60abbackend

İsrail aviasiyası Livanın üç məntəqəsində hədəflərə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Livanın şərqindəki üç şəhərdəki hədəflərə zərbələr endirib.

Bu barədə RİA Novosti yazır.

Mövcud məlumata görə, İsrail aviasiyası Bekaa vadisindəki Nəbişçit, Sariin və Kasrnabba yaşayış məntəqələrindəki hədəflərə hücum edib.

“Zərbələrdən biri anqara dəyib, indi orada yanğın var”, – agentliyin mənbəsi bildirib.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbə nəticəsində HƏMAS-ın səhra komandiri həlak olub.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki