image-ads_n1karobka_mobile
image-67136312ae5ac934004863ccbackend

İsrail baş nazirinin ofisi: Netanyahunun iqamətgahı Livandan gələn PUA ilə hücuma məruz qalıb

Onun ofisi bildirib ki, pilotsuz təyyarə səhər saatlarında Livandan İsrailin baş naziri Benyamin Netanyahunun sahilyanı Qeysəriyyə şəhərindəki iqamətgahına doğru atılıb; hadisə zamanı evdə heç kim olmayıb.

“The Times of Israel” yazır ki , “Baş nazir Benyamin Netanyahu və həyat yoldaşı Sarah hücum zamanı evdə olmayıblar və insident nəticəsində ölən olmayıb”.

İsrail baş nazirinin ofisi əlavə edib ki, Tel-Əviv ərazisində daha iki pilotsuz təyyarə hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Oktyabrın 18-də İDF bir qrup silahlı şəxsin İordaniyadan İsrailə Ölü Dəniz bölgəsinə sızdığını , onlardan ikisinin İsrail hərbçiləri tərəfindən zərərsizləşdirildiyini bildirib.

DOĞRU.AZ

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki