İsrail Hərbi Hava Qüvvələri Beyrut ətrafında Livan Hizbullah hərəkatının strateji silah anbarına hücum edib.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Qeyd edildiyi kimi, silahlar Beyrutdakı hərəkatın “əsas qalası” olan Dahieh bölgəsindəki yeraltı anbarda saxlanılıb.
Çərşənbə günü, oktyabrın 16-da İDF Livan paytaxtının cənub ətrafının sakinlərini təcili təxliyə etməyə çağırıb.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahuya ölkəsinin “BMT-nin əmri ilə yaradıldığını ” xatırladıb.
Mənbə İDF