Livanda Hizbullahın Radvan xüsusi təyinatlılarının səhra komandiri Həbib Maatuk İsrailin hava hücumu nəticəsində həlak olub.
Bu barədə “Al Arabiya” məlumat yayıb.
Telekanalın məlumatına görə, İsrail Silahlı Qüvvələrinin Livanın cənubundakı kəndlərdən birində üçmərtəbəli evə endirdiyi zərbə nəticəsində Maatuk və daha 4 nəfər həlak olub.
Bundan əvvəl İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant İsrail ordusunun Livana qəfil hücuma hazır olduğunu açıqlamışdı.
İran Xarici İşlər Nazirliyi də RT-yə İsrailin Livana mümkün müdaxiləsinin nəticələri barədə məlumat verib.
Mənbə Al Arabiya