image-n1karobka_ads
image-123
image-6719513cae5ac90b344e50babackend

İsrail Əl Mayadeen telekanalının studiyasına hava zərbəsi endirib

İsrail aviasiyası Beyrutun cənubunda Al Mayadeen telekanalının studiyasının yerləşdiyi binaya hücum edib.

Bu barədə Al Hadath məlumat yayıb.

Qeyd olunur ki, raket bu binanın ikinci mərtəbəsindəki yaşayış mənzilinə düşüb. Ola bilsin ki, Hizbullah liderlərindən biri orada yaşayırdı.

Bundan əvvəl Livanın Hizbullah şiə hərəkatı Həsən Nəsrullahın varisi Haşim Safi əd-Dinin ölümünü rəsmən təsdiqləyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki