image-n1karobka_ads
image-123
image-6791006c02e8bd3b27074d0dbackend

İsrail əsgərləri Qəzzanın cənubunda atəş açıb

image-ad_qayo_720x110px

İsrail Müdafiə Qüvvələri (IDF) atəşkəs razılaşmasına baxmayaraq, Qəzzanın cənubundakı Rəfahda atəş açıb.

Bu barədə “Safa” agentliyi məlumat yayıb.

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinin mərkəzi hissəsində açdığı atəş nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

KİV-in məlumatına görə, ölən şəxsin 28 yaşı olub. Səfanın bildirdiyinə görə, hərbi texnika Rəfah yaxınlığındakı Kerem Şalom keçid məntəqəsi yaxınlığında intensiv atəşi davam etdirir.

Bundan əvvəl Fələstinin Həmas qrupu İsrail tərəfinin birinci məhbus qrupunu azad etdiyini təsdiqləyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki