Həmas, Qəzza zolağında saxlanılan israilli girovların ikinci yarısının yanvarın 25-də fələstinli məhbusların azad edilməsi müqabilində azad ediləcəyini bildirib.
“HƏMAS təsdiq edir ki, məhbus mübadiləsinin ikinci mərhələsi (İsrail ilə razılaşmanın bir hissəsi kimi) planlaşdırıldığı kimi – yanvarın 25-i şənbə günü həyata keçiriləcək”, TASS xəbər verir.
Bundan əvvəl atəşkəs razılaşması çərçivəsində Həmas üç girovu İsrailə təhvil verib.
Yanvarın 20-də Həmas İsrailin fələstinli məhbusların birinci qrupunu azad etdiyini təsdiqləyib.
DOĞRU.AZ