Son 24 saat ərzində İsrail hərbçiləri Livandakı şiə təşkilatı Hizbullahın 200-dən çox mövqe və atış məntəqələrini bombalayıb.
Bu barədə məlumat IDF Telegram kanalında yer alıb.
“Son sutka ərzində hava qüvvələri quru qoşunları ilə koordinasiyada Livanın cənubunda və onun ərazisinin dərinliklərində 200-dən çox… Hizbullah hədəflərinə zərbələr endirib”.
Əvvəllər Hizbullah Livanda və İsrailin şimalında İsrail əsgərlərinə zərbələr endirib.
Həmçinin İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Bayden administrasiyasına deyib ki, o, İranın neft və ya nüvə obyektlərinə deyil, hərbi obyektlərinə zərbələr endirməyə hazırdır.
Mənbə IDF