image-n1karobka_ads
image-123
image-68550444ae5ac9018f590f39backend

İsrail İranın Rəşt şəhərinə zərbə endirib

İsrail İranın şimalında Xəzər dənizi sahilində yerləşən Rəşt şəhərinə zərbələr endirib.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

“Bu səhər tezdən Rəştdəki Sefidrood Sənaye Parkı ərazisi düşmən qüvvələrinin hücumuna məruz qalıb”, – Gilan qubernatorunun müavini Əli Baqeri bildirib.

Sənaye zonasında partlayışın baş verdiyi bildirilir. Dəymiş ziyanla bağlı məlumat dəqiqləşdirilir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Tehranın mərkəzindəki hərbi, sənaye və elmi obyektlərə zərbələr endirdiyini açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki