image-n1karobka_ads
image-123
image-685aaa30ae5ac97041239b83backend

İsrail İranın şimalındakı Babol və Babolsar şəhərlərini vurub

ISNA xəbər verir ki, İsrail İranın Babol və Babolsar şəhərlərinə zərbələr endirib.

Nəşr qeyd edib ki , “Sionist rejim atəşkəsi pozur. Xəbər mənbələri Babolsar və Babolda partlayış səslərinin eşidildiyini bildirir”.

Bundan əvvəl məlum olub ki, ABŞ prezidenti Donald Tramp İsraili atəşkəs rejiminin pozulması fonunda sakitləşdirməyə və hərbi pilotların evlərinə qayıtmasına çağırıb.

O, İran-İsrail münaqişəsindən danışarkən nalayiq ifadələr işlədib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki