image-ads_n1karobka_mobile
image-66b239c102e8bd7db8273aa9backend

İsrail ordusu Cenin döyüşlərində 11 radikalı məhv edib

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində Cenin şəhəri yaxınlığında keçirdiyi əməliyyat zamanı döyüşlər və hava zərbələri nəticəsində 11 radikalı məhv edib.

Doğru.az xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.

“Əməliyyat zamanı Hərbi Hava Qüvvələri Cenin bölgəsində 4 silahlı terrorçuya hücum edərək məhv edib. Əsgərlər həmçinin atışmada 7 terrorçunu məhv ediblər”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin bölmələri Livanın cənubunda şiə Hizbullah hərəkatının elit Radvan xüsusi təyinatlılarının komandiri Əli Camal əd-Din Cavadını məhv edib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki