image-n1karobka_ads
image-123
image-681a0ea8ae5ac939741ed03bbackend

İsrail ordusu hər kəsi Yəmənin paytaxtı Səna hava limanını dərhal tərk etməyə çağırıb

image-ad_qayo_720x110px

İsrail Müdafiə Qüvvələri (IDF) Ənsar Allah hərəkatının husilərin nəzarətində olan Yəmənin paytaxtı Səna sakinlərini beynəlxalq hava limanının ərazisini dərhal boşaltmağa çağırıb.

Müvafiq çağırışı IDF sözçüsü Aviçai Edri X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Təxliyə və bu ərazini tərk etmə əmrinə əməl edilməməsi sizi təhlükə qarşısında qoyacaq”, – yazıda deyilir.

Bazar ertəsi, mayın 5-də Al Masirah telekanalı ABŞ və İsrailin Yəməndəki sement zavoduna aviazərbələr endirməsi barədə məlumat yayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki