İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Ha-Levi Livan Hizbullah hərəkatının itkilərinin 1,5 min nəfər olduğunu bildirib.
“Bizim hesablamalara görə, təxminən 1,5 min Hizbullah yaraqlısı öldürülüb”, – ordunun mətbuat xidməti onun sözlərini sitat gətirir.
O, həmçinin əlavə edib ki, onların arasında hərəkat komandirləri var.
Bundan əlavə, Ha-Levi deyib ki, İsrail “Hizbullaha mümkün olan ən güclü zərbəni vurmağa qərarlıdır”.
Daha əvvəl İDF HƏMAS lideri Yəhya Sinvarın tank atəşi ilə öldürüldüyünü bildirmişdi.
Mənbə İDF