İsrail ordusu İordan çayının qərb sahilinin bir neçə şəhərində yeni reydlər həyata keçirib.
Bu barədə “Əl-Cəzirə” məlumat yayıb .
Hərbçilərin Əl-Arrub qaçqın düşərgəsində gözyaşardıcı qazdan istifadə etdiyi, nəticədə bir neçə nəfərin yaralandığı qeyd edilir.
“İsrail əsgərləri də Ceninə basqın edərək bir neçə mağazaya basqın edib və bir neçə gənci saxlayıblar”, – deyə telekanal bildirir.
Bundan əlavə, Yerixo, Cifna və Salfit şəhərlərində də reydlər keçirilib.
DOĞRU.AZ