İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı şiə Hizbullah raket bölməsinin komandiri Məhəmməd Əli Camulun məhv edildiyini açıqlayıb.
İsrail ordusunun bəyanatında deyilir : “İD qüvvələri terrorçu Məhəmməd Əli Camulu vuraraq öldürüb”.
Camulun İsrail vətəndaşlarına və İD əsgərlərinə qarşı hücumlarda iştirak etdiyi bildirilir.
Departament həmçinin onun Livanın cənubunda Hizbullahın hərbi infrastrukturunu bərpa etmək niyyətində olduğunu vurğulayıb.
Aprelin əvvəlində İDF Livanın qərbində Həmas komandiri Həsən Fərhatı öldürüb.
DOĞRU.AZ