İsrail Hərbi Hava Qüvvələri Livandan atılan pilotsuz uçuş aparatını ələ keçirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Ölkənin şimalındakı bir sıra bölgələrdə sirenlər işə salındıqdan sonra Livandan gələn üç şübhəli hava hədəfi müəyyən edilib. İsrail Hərbi Hava Qüvvələri bir PUA-nı uğurla ələ keçirib”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl Livanın Səhiyyə Nazirliyi son bir ay ərzində gündəlik rekord sayda qurbanların olduğunu bildirmişdi.
DOĞRU.AZ