image-ads_n1karobka_mobile
image-66acf87702e8bd0988406d1bbackend

İsrail ordusu Livanın cənubunda Hizbullah döyüşçülərinə qarşı hava hücumu təşkil etdiyini açıqlayıb

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubuna hava zərbəsi endirib. Onun hədəfləri şiə Hizbullah hərəkatının silahlı birləşmələrinin üzvləri olub.

Ordunun mətbuat xidmətinin məlumatına görə, zərbə Livanın cənubundakı Blida kəndi yaxınlığındakı hərbi obyektin içərisində olan iki Hizbullah döyüşçüsünə tuş gəlib.

Bundan əvvəl “Hizbullah”ın Livanın hava məkanını işğal edən İsrail Hərbi Hava Qüvvələrinin təyyarələrinə raket zərbələri endirdiyi bildirilirdi.

Mənbə RT rusca


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki