İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Hizbullah hərbi obyektlərinə hava zərbələri endirib.
Doğru.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail hava qüvvələri Livanın cənubundakı Kfar Kela və Tayr Harf bölgələrində Hizbullahın hərbi obyektlərinə zərbələr endirib”, – deyə məlumatda bildirilir.
Daha əvvəl İsrail ordusu Hizbullahın İsrailə hücumu zamanı öz istiqamətinə 230 raket və 20 İHA atdığını bildirmişdi.
DOĞRU.AZ