İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzanın şimal-qərbində yaşayan sakinləri anklavın inzibati mərkəzindəki təhlükəsiz ərazilərə təxliyə etməyə çağırıb.
Bu barədə İsrail ordusunun sözçüsü Aviçai Edri məlumat verib.
“IDF raketlərin buraxıldığı ərazilərə zərbələr endirməyi planlaşdırır, ona görə də təhlükəsizliyiniz üçün sizdən dərhal Qəzza şəhərində yerləşən təhlükəsiz ərazilərə təxliyyə olunmağınızı xahiş edirik”, – TASS onun sözlərindən sitat gətirir.
Bundan əvvəl “Əl Məsirə” telekanalı Yəmən Silahlı Qüvvələrinə istinadla yəmənli husilərin Təl-Əvivin Ben Qurion hava limanına ballistik raket atdığını bildirib.
DOĞRU.AZ