İsrail ordusu Qəzza zolağındakı Rəfah dəhlizinin atəşə tutulduğunu, bu ərazinin aktiv döyüş bölgəsinə çevrildiyi üçün nəqliyyatın və koordinasiyanın müvəqqəti dayandırılmasına səbəb olduğunu bildirib.
Bu barədə IDF Telegram -da məlumat yayıb.
Açıqlamaya görə, Həmas Rəfah bölgəsində humanitar marşruta atəş açıb.
Bu səbəbdən bu humanitar marşrut üzrə hərəkət və koordinasiya müvəqqəti olaraq dayandırılıb, çünki ərazi hazırda aktiv döyüş zonasıdır.
CNN-in daha əvvəl İsraildən olan mənbəyə istinadən verdiyi məlumata görə, HƏMAS Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvar Qəzza zolağında atəşkəsə nail olmaq istəyir.
Fələstin prezidenti Mahmud Abbas deyib ki, İran yaxın saatlarda Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə İsrailə cavab qərarı verə bilər.
DOĞRU.AZ