image-2000x150px
image-123
image-ads_atlas
image-1603454485-1603460055backend

İsrail prezidenti İlham Əliyevi təbrik etdi

image-728x90px

İsrail Prezidenti Reuven Rivlin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

“Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə İsrail xalqı və Dövləti adından Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram.

Azərbaycan Respublikası İsrail Dövlətinin vacib və yaxın tərəfdaşı olmaqla yanaşı, həm də dostu və müttəfiqidir. Bizim tərəfdaşlığımız Azərbaycan və yəhudi xalqlarının qardaşlıq tarixinə, eləcə də millətlərimizin dini tolerantlığı təşviq etmək, nifrəti və antisemitizmi bütün formalarda rədd etmək istiqamətində birgə səylərinə əsaslanır.

İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəliklərinin açılması münasibətilə Sizi və ölkənizi təbrik edirəm, bu, iqtisadi əlaqələrimizi inkişaf etdirəcək və xalqlarımızı daha da yaxınlaşdıracaq. Yaxın gələcəkdə Azərbaycan Respublikasının İsraildə səfirliyinin açılmasını səbirsizliklə gözləyirəm.

Sizə və Azərbaycan xalqına sülh, inkişaf, sabitlik və firavanlıq diləyir, dostluğumuzun hələ də bizim üçün qoruduğu parlaq gələcəyə ümid edirəm.

Zati-aliləri, Sizə böyük hörmət və ehtiramımı bildirirəm”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki