image-n1karobka_ads
image-123
image-6833228202e8bd127e355894backend

İsrail Qəzza əməliyyatına görə müttəfiqlərini itirir

İsrailin baş naziri Benyamin Netanyahu hökuməti Qəzza zolağındakı əməliyyatlar və humanitar yardımların çatdırılmasına mane olması səbəbindən müttəfiqlərini itirir.

Bu barədə Axios portalı yazır.

Məqalədə deyilir: “Netanyahu mart ayında atəşkəsi pozduqdan və Qəzzaya bütün qida, su və dərman tədarükünü əngəllədikdən sonra son iki ay ərzində Qərbdə, ABŞ-dan kənarda qalan dostlarının çoxunu itirib”.

Bundan əvvəl Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp bildirmişdi ki, Aİ krallığın tələbi ilə İsraillə assosiasiya sazişini nəzərdən keçirəcək.

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bildirib ki, Aİ ölkələrinin əksəriyyəti bu sazişə yenidən baxılmasını dəstəkləyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki