image-n1karobka_ads
image-123
image-1728975200backend

İsrail Qəzzanın mərkəzində humanitar karvanı vurdu

İsrailin Qəzza zolağının mərkəzində humanitar karvana hücumu nəticəsində azı 4 nəfər həlak olub.

“İsrail qüvvələri Qəzza zolağının mərkəzində humanitar yardım karvanını bombalayıb, azı dörd mühafizəçi həlak olub”, – Əl-Cəzirə bildirib.

Telekanalın məlumatına görə, daha üç nəfər yaralanıb.

Bundan əvvəl İsrail Müdafiə Nazirliyinin rəhbəri İsrael Kats ilk dəfə Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinin arxasında İsrailin dayandığını etiraf edib.

Yəməndən atılan raketlə əlaqədar İsrailin mərkəzində hava hücumu həyəcanının verildiyi də bildirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki