Associated Press xəbər verir ki, İsrail Qəzza şəhərinə hücuma hazırlıq məqsədilə ehtiyatda olan hərbçilərin kütləvi səfərbərliyinə başlayıb.
Doğru.az xəbər verir ki, agentliyin məlumatına görə, quru və hava qüvvələri Qəzza zolağına doğru irəlilədikcə İsrail hakimiyyəti “on minlərlə ehtiyatda olan əsgərləri” hərbi xidmətə çağırır.
Bundan əvvəl İsrail ordusu Qəzza şəhərini “təhlükəli döyüş bölgəsi” elan edib. Ordunun açıqlamasına əsasən, artıq bölgədə gündəlik “hərbi əməliyyatlarda taktiki fasilələr” də aradan qaldırılıb.
DOĞRU.AZ